Rusiya DİN: Türkiyə vətəndaşlarına "daha çox diqqət" yetiriləcək

Rusiya DİN: Türkiyə vətəndaşlarına "daha çox diqqət" yetiriləcək Rusiyanın Daxili İşlər Naziri Vladimir Kolokoltsev Türkiyə ilə yaşanan gərginliyə münasibət bildirib
Digər ölkələr
26 Noyabr , 2015 21:37
Rusiya DİN: Türkiyə vətəndaşlarına daha çox diqqət yetiriləcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyə-Suriya sərhədində Su-24 təyyarəsinin vurulmasından sonra Rusiyada yaşayan Türkiyə vətəndaşlarına "daha çox diqqət" yetiriləcək. "Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Daxili İşlər Naziri Vladimir Kolokoltsev bildirib.

Onun sözlərinə görə, Rusiya rəsmilərinin son açıqlamaları təhlükəsizlik orqanlarının fəaliyyətinə də təsirsiz ötüşməyib.

"Federal Təhlükəsizlik Xidməti ilə sıx əlaqədə işləyirik. Türkiyə vətəndaşları ilə bağlı iş aparılır. Bundan əmin ola bilərsiniz", deyə rusiyalı nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi