Yuxarı

Rusiya BMT Təhlükəsizıik Şurasının Krımla bağlı müzakirələrində iştirak etməyəcək

Rəsmi Moskva bu tədbiri səmərəsiz və təxribat mahiyyətli adlandırıb

Bakı. 19 mart. REPORT.AZ/ Rusiya nümayəndələri BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin Krım məsələsi ilə bağlı qeyri-rəsmi görüşündə iştirakdan imtina edib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Moskva bu tədbiri "səmərəsiz" və "təxribat mahiyyətli" adlandırıb.

Rusyalı diplomatlar bildiriblər ki, bu gün keçirilməsi planlaşdırılan görüşə Rusiya nümayəndələri ilə yanaşı daha bir neçə dövlətin nümayəndələri qatılmayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi