​Rusiya BMT BA-nın BAEA-nın fəaliyyətinə dair qətnaməsini ilk dəfə olaraq dəstəkləməyib

​Rusiya BMT BA-nın BAEA-nın fəaliyyətinə dair qətnaməsini ilk dəfə olaraq dəstəkləməyib 84 ölkə , eləcə də Azərbaycan ümumiyyətlə səsvermə tablosunda görünməyib
Digər ölkələr
18 Noyabr , 2015 05:48
​Rusiya BMT BA-nın BAEA-nın fəaliyyətinə dair qətnaməsini ilk dəfə olaraq dəstəkləməyib

Bakı. 18 noyabr. REPORT.AZ/ Rusiya BMT Baş Assambleyasının Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) fəaliyyətinə dair qətnaməsini ilk dəfə olaraq dəstəkləməyib

"Report" xəbər verir ki, bu, Krımdakı nüvə reaktorunun BAEA-nın məruzəsinə əlavədə Ukraynaya məxsus göstərilməsi ilə əlaqədardır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, Sevastopoldakı reaktorun Ukraynaya aid edilməsi "obyektiv reallığa məhəl qoymamaqdır".

On ölkə qətnaməyə bitərəf qalıb. Onların arasında Boliviya, Venesuela, Zimbabve, Kuba, Nikaraqua, Suriya, Sudan, Tanzaniya və Çad var. 99 ölkə sənədi dəstəkləyib, onların arasında Belarus, Qazaxıstan, ABŞ və Ukrayna var. Azərbaycan, Ermənistan və Serbiya da daxil olmaqla daha 84 ölkə isə ümumiyyətlə səsvermə tablosunda görünməyib.

Son xəbərlər

Orphus sistemi