Rusiya Avropada Adi Silahlara dair Müqavilədə iştirakını dayandırır

Rusiya Avropada Adi Silahlara dair Müqavilədə iştirakını dayandırır Moskva bu müqavilənin dayandırılacağını hələ 2007-ci ildə elan etmişdi
Digər ölkələr
11 Mart , 2015 00:28
Rusiya Avropada Adi Silahlara dair Müqavilədə iştirakını dayandırır

Bakı. 11 mart. REPORT.AZ/ Rusiya martın 11-dən Avropada Adi Silahlara dair Müqavilənin kontakt qrupunun iclaslarında iştirakını dayandırmaq qərarı qəbul edib.

"Report"un Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, rəsmi Moskva bəyan edib ki, NATO genişlənməklə faktiki olaraq bu müqaviləni etibarsız edib.

Rusiya bu müqavilənin dayandırılacağını hələ 2007-ci ildə elan etmişdi.

Lakin Rusiya rəsmiləri bildiriblər ki, bu qərara baxmayaraq, Moskva Avropada adi silahlar üzərində nəzarət məsələlərinə dair dialoqdan imtina etmir.

Rusiyanın müqavilənin kontakt qrupundakı nümayəndəsi Anton Mazur deyib ki, NATO bu sənədin adaptasiya olunmuş variantını tanımaqdan imtina edib. Belə bir variantı Moskva təklif etmişdi.

Son xəbərlər

Orphus sistemi