​Rusiya Arktikanın tədqiqinə 4 milyon dollar ayırıb

​Rusiya Arktikanın tədqiqinə 4 milyon dollar ayırıb Vəsait "Şimal qütbü" stansiyasının fəaliyyətinə yönələcək
Digər ölkələr
11 May , 2015 21:52
​Rusiya Arktikanın tədqiqinə 4 milyon dollar ayırıb

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Rusiya Federasiyasında Arktikada ekspedisiya tədqiqatlarının yenidən bərpasına 4 milyon dollar vəsaitin ayrılması barədə sərəncam imzalanıb.

"Report" xəbər verir ki, müvafiq sənəd Rusiya Federasiyası Nazirlər Kabinetinin saytında dərc olunub.

Baş nazir Dmitri Medvedevin sərəncamında bildirilir ki, hökumət vəsaitləri "Şimal qütbü" dreyf stansiyasının təminatına yönələcək.

Son xəbərlər

Orphus sistemi