Rusiya Aralıq dənizindən İŞİD-ə qanadlı raketlərlə aviazərbələr endirib

Rusiya Aralıq dənizindən İŞİD-ə qanadlı raketlərlə aviazərbələr endirib Rusiya Müdafiə Nazirliyi: Raket buraxılışı haqqında məlumat vaxtlı-vaxtında ABŞ, Türkiyə və İsrail komandanlığına göndərilib
Digər ölkələr
31 May , 2017 10:50
Rusiya Aralıq dənizindən İŞİD-ə qanadlı raketlərlə aviazərbələr endirib

Bakı. 31 may. REPORT.AZ/ Rusiyanın Aralıq dənizi akvatoriyasında olan "Admiral Essen" hərbi gəmisindən və "Krasnodar" sualtı qayığından İŞİD terror qruplaşmasının Suriyanın Palmira bölgəsindəki obyektlərinə doğru "Kalibr" tipli dörd qanadlı raket buraxılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bütün raketlər hədəfə tuş gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, raket buraxılışı haqqında informasiya vaxtlı-vaxtında ABŞ, Türkiyə və İsrail komandanlığına göndərilib.

Son xəbərlər

Orphus sistemi