Rusiya Afrika ölkələrinə 20 milyard dollardan çox vəsait bağışlayıb

Rusiya Afrika ölkələrinə 20 milyard dollardan çox vəsait bağışlayıb Rusiya Afrika ölkələrinə dəstək məqsədilə 5 milyon dollar ayırıb
Digər ölkələr
28 Sentyabr , 2017 16:26
Rusiya Afrika ölkələrinə 20 milyard dollardan çox vəsait bağışlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiya Afrika ölkələrinin 20 milyard dollardan çox borcunu silib.

"Reort" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Böyük borcu olan kasıb ölkələrə yardım təşəbbüsü çərçivəsində Afrika ölkələrinin 20 milyard dollardan çox borcunu sildik", - V.Putin Qvineya prezidenti Alfa Konde ilə danışıqlardan sonra jurnalistlərə deyib.

Bundan başqa, Putinin sözlərinə görə, Rusiya 2016-cı ildə Ümumdünya Ərzaq Təşkilatının (ÜƏT) kanalları vasitəsilə Afrika ölkələrinə dəstək məqsədilə 5 milyon dollar ayırıb.

Son xəbərlər

Orphus sistemi