Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları artırıb

Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları artırıb Cari ilin fevral ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına 112,58 milyard ABŞ dolları investisiya qoyub.
Digər ölkələr
137
16 Aprel , 2020 01:40
Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları artırıb

Cari ilin fevral ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına 112,58 milyard ABŞ dolları investisiya qoyub.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, yanvar ayında sözügedən göstərici 10,51 milyard ABŞ dolları təşkil etmişdi.İnvestisiyaların 4,3 milyard ABŞ dolları uzunmüddətli, 8,2 milyard ABŞ dolları isə qısamüddətli istiqrazlara qoyulub.

Ümumilikdə isə, 2018-ci ilin yazından Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları əhəmiyyətli dərəcədə azaldıb. Belə ki, 2018-ci ilin aprel ayında bu rəqəm 96 milyarddan 48,7 milyard ABŞ dollarına qədər düşüb. 

May ayında isə bu rəqəm 14,9 milyard ABŞ dolları təşkil edib.

Fevral ayında ABŞ-ın dövlət istiqrazlarına ən böyük investisiyanı 1,268 trilyon ABŞ dolları ilə Yaponiya qoyub. 1,092 trilyon ABŞ dolları ilə ikinci yerdə Çin qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi