Rumıniyanın Kostineşt kurortunda partlayış baş verib

Rumıniyanın Kostineşt kurortunda partlayış baş verib Rumıniyanın Qara dənizin sahilində yerləşən Kostineşt kurortundakı estakada yaxınlığında güclü partlayış baş verib.
Digər ölkələr
14 avqust 2023 09:23
Rumıniyanın Kostineşt kurortunda partlayış baş verib

Rumıniyanın Qara dənizin sahilində yerləşən Kostineşt kurortundakı estakada yaxınlığında güclü partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin yanğınsöndürənləri, xilasediciləri və dalğıcları hadisə yerinə yola düşüb. Konstansa vilayətinin fövqəladə hallar üzrə müfəttişliyinin nümayəndəsi Andrej Ene bildirib ki, hadisənin səbəbləri araşdırılır.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi