Yuxarı

​Rumıniyanın Konstanta limanında 2,5 ton kokain aşkarlanıb

Hadisə ilə bağlı Rumıniyada 5, İspaniyada 1 nəfər saxlanılıb

Buxarest. 02 iyul. REPORT.AZ/ Rumıniyanın hüquq-mühafizə orqanları bu ölkənin Konstanta limanında gəmilərin birinin göyərtəsindəki 4 konteynerdə 2,5 ton narkotik maddə - kokain aşkar edib. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsi (DİİCOT) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan narkotik maddənin 50 bağlaması müvafiq ekspertizanın aparılması üçün idarənin baş ofisinə gətirilib. 

DİİCOT-un məlumatına görə, artıq hadisə ilə bağlı Rumıniyada 5, İspaniyada isə 1 nəfər saxlanılıb. Qeyd edək ki, narkotik maddə Cənubi Amerikadan, xüsusilə Kolumbiyadan Rumıniyaya gətirlib və onların bu ölkədən tranzit yolu ilə Hollandiya və digər Avropa ölkələrinə aparılması nəzərdə tutulurdu. 

Müsadirə edilən narkotik maddə qara bazarda 600 milyon dollar dəyərində qiymətləndirilir. Rumıniyanın daxili işlər naziri Petre Toba İnterpolun baş katibi Jurgen Stockla görüşüb və keçirilən uğurlu əməliyyat barədə ona ətraflı məlumat verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi