Rumıniyanın ən iri neft emalı zavodunda partlayış olub, ölən və yaralananlar var

Rumıniyanın ən iri neft emalı zavodunda partlayış olub, ölən və yaralananlar var Rumınyanın Konstansa şəhəri yaxınlığında “Petromidiya” neft emalı zavodunda partlayış olub.
Digər ölkələr
127
2 İyul , 2021 17:53
Rumıniyanın ən iri neft emalı zavodunda partlayış olub, ölən və yaralananlar var

Rumıniyanın Konstansa şəhəri yaxınlığında “Petromidiya” neft emalı zavodunda baş verən partlayışda 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Digi24” yayıb.

Hadisə iyulun 2-də günorta saatlarında Konstansa şəhərinin 25 km şimalında baş verib. Partlayışdan sonra yanğın başlayıb. Yanğının tüstüsü Mamaya çimərliyindən, başqa yaxın şəhərlərdən, o cümlədən Konstansadan da müşahidə olunub.

Partlayışın səbəbi hələ məlum deyil.

Qeyd edək ki, hadisənin baş verdiyi zavod Rumıniyanın ən iri neft emalı müəssisəsidir.

Son xəbərlər

Orphus sistemi