Rumıniyanın daxili işlər naziri mənzilində dinləmə qurğusu tapıb

Rumıniyanın daxili işlər naziri mənzilində dinləmə qurğusu tapıb Söhbət qiyməti 50 avroya olan ucuz səsyazma qurğusundan gedir
Digər ölkələr
30 Noyabr , 2017 02:58
Rumıniyanın daxili işlər naziri mənzilində dinləmə qurğusu tapıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Rumıniyanın daxili işlər naziri Karmen Dan mənzilində dinləmə qurğusu tapıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Romania TV" telekanalı məlumat yayıb.

Karmen Dan qurğunu telefonun dairəvi lövhəciyində aşkar etdiyini bildirib.

İlkin məlumatlara görə, söhbət qiyməti 50 avroya olan ucuz səsyazma qurğusundan gedir. Onu ixtisaslaşmış saytlardan asanlıqla almaq mümkündür.

Son xəbərlər

Orphus sistemi