​Rumıniyanın 12 çəzaçəkmə müəssisəsində məhbuslar etiraz aksiyası keçirir

​Rumıniyanın 12 çəzaçəkmə müəssisəsində məhbuslar etiraz aksiyası keçirir Ədliyyə naziri: "Rumıniyada cəzaçəkmə müəssisələrində vəziyyət olduqca ağırdır"
Digər ölkələr
14 İyul , 2016 05:11
​Rumıniyanın 12 çəzaçəkmə müəssisəsində məhbuslar etiraz aksiyası keçirir

Bakı. 14 iyul. REPORT/ İki gündür Rumıniya həbsxanalarında məhbusların üsyanı davam edir.

"Report" ölkənin Milli Penitensiar Müəssisələri Administrasiyasının yaydığı məlumata istinad edərək, xəbər verir ki, məhbusların narazılığı 45 çəzaçəkmə müəssisəsindən ilk olaraq, 8-ində Yaş, Poarta Alba, Botoşan, Oradea, Myerkurya Çuk, Ciurciu, Vasluy və Brailada baş qaldırıb. İyulun 13-də isə məhbuslar həmrəyliklərini bildirmək məqsədilə daha 4 müəssisə - Buxarest, Tulçya, Deva və Bistriça da onlara qoşulub.

Cəzaçəkmə müəssisələrində məhbuslar onlara təqdim olunan yeməkdən imtina edib, xüsusilə Botoşanda onlar həbsxanaın damına çıxmaqla narazılıqlarını bildiriblər.

Məhbuslar cəzaçəkmə müəssisələrində nəzərdə tutulduğundan çox məhbusun yerləşdirilməsinə etiraz, saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Onlar televiziya verilişləri və tibbi xidmətilə təmin edilmələrini, həbs müddətinin azaldılmasını, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmələrini istəyirlər.

Sözügedən hadisə ilə bağlı keçirilən mətbuat konfransında ədliyyə naziri Raluka Pruna bildirib ki, Rumıniya cəzaçəkmə müəssisələrində vəziyyət olduqca ağırdır: “2000-2004- cü illərdə Rumıniyada mövcud olan bütün çəzaçəkmə müəssisələrini gəzərək, oradakı vəziyyətlə yerindəcə tanış oldum. O vaxtdan indiyədək heç bir dəyişiklik yoxdur. Saxlanma şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli üçün məhbusları daha 2 ay səbrlə gözləməyə çağırıram”.

O, məhbuslara aksiya keçirməklə vəziyyəti gərginləşdirməməyi də tövsiyə edib. Ədliyyə naziri olaraq bu cür təzyiq altında heç bir qərar qəbul etməyəcəyini də bildirib. 

Son xəbərlər

Orphus sistemi