Rumıniyada Zika virusuna ilk yoluxma faktı qeydə alınıb

Rumıniyada Zika virusuna ilk yoluxma faktı qeydə alınıb Virus Martinikadan istirahətdən qayıdan 27 yaşlı qadında aşkar edilib
Digər ölkələr
12 İyul , 2016 17:39
Rumıniyada Zika virusuna ilk yoluxma faktı qeydə alınıb

Buxarest. 11 iyul. REPORT.AZ/ Rumıniyada Zika virusuna ilk yoluxma faktı qeydə alınıb. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Rumıniya Səhiyyə Nazirliyinin sözçüsü Lourens Kolintieanu məlumat verib. 

Onun sözlərinə görə, virus Martinikadan istirahətdən qayıdan 27 yaşlı qadında aşkar edilib: “Dünən nazirliyimizə virusa yoluxan qadının iyulun əvvəlində istirahətdən qayıtdığı barədə məlumat daxil olub. Bir gün sonra isə virusun ilk simptomları özünü büruzə verib. Xəstə iki gün xəstəxanada yatdıqdan sonra evə buraxılıb və hazırda onun səhhətində heç bir problem yoxdur. Əlbəttə burada Rumıniyanın infeksiya ocağı olmasından belə söhbət gedə biməz, sadəcə xəstəlik ölkəyə “gətirilib”.

Bu arada Rumıniya Səhiyyə Nazirliyi virusun daha çox yayıldığı ərazilərə istirahətə gedən ölkə vətəndaşlarına müraciət edib. Müraciətdə rumınlara virusa yoluxma halları barədə bir daha ətraflı məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi