Rumıniyada xəstəxanada yanğın zamanı azı 10 nəfər ölüb

Rumıniyada xəstəxanada yanğın zamanı azı 10 nəfər ölüb Rumıniyanın şərqindəki Pyatra-Nyamç şəhərindəki xəstəxanada güclü yanğın olub.
Digər ölkələr
14 Noyabr , 2020 23:38
Rumıniyada xəstəxanada yanğın zamanı azı 10 nəfər ölüb

Rumıniyanın şərqindəki Pyatra-Nyamç şəhərindəki xəstəxanada güclü yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Yaralılar ağır vəziyyətdədir.

Hadisənin başvermə səbəbi araşdırılır. Agentliyin məlumatına görə, yanğın artıq söndürülüb.

Son xəbərlər

Orphus sistemi