Rumıniyada olimpiya medalçılarına veriləcək pul mükafatı ikiqat artırılıb

Rumıniyada olimpiya medalçılarına veriləcək pul mükafatı ikiqat artırılıb Milli Olimpiya Komitəsi 4, 5 və 6-cı yerləri tutan idmançıları da mükafatlandıracaq
Digər ölkələr
26 Avqust , 2016 03:03
Rumıniyada olimpiya medalçılarına veriləcək pul mükafatı ikiqat artırılıb

Buxarest. 26 avqust. REPORT.AZ/ Rumıniya Milli Olimpiya Komitəsinin (RMOK) sədri Alin Petrake Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılara veriləcək pul mükafatının məbləğini ikiqat artırıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Milli Olimpiya Komitəsi həmçinin olimpiya oyunlarında 4, 5 və 6-cı yerləri tutan rumın idmançılarının da mükafatlandırılması barədə qərar qəbul edib. Beləliklə qızıl medalın sahibinə 70 min avro, gümüş və bürünc medalçılara isə 56 və 42 min avro məbləğində pul mükafatı veriləcək.

Olimpiya medalçıları həmçinin RMOK-un tərəfdaşı olan “RENAULT” şirkətinin təqdim etdiyi avtomobillərə də sahib olacaqlar. Qalib idmançıların məşqçiləri də diqqətdən kənarda qalmayıb. RMOK onlar üçün də pul mükafatı nəzərdə tutub.

Qeyd edək ki, Rio-de-Janeyro keçirilən XXXI Yay Olimpiya Oyunlarına Rumıniya millisi 96 idmançı ilə qatılıb. 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla komanda medal sıralamasında olimpiadanı 47-cı pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi