​Rumıniyada leysan yağışları daşqınlarla nəticələnib

​Rumıniyada leysan yağışları daşqınlarla nəticələnib Yüzlərlə ev və əkin sahələri su altında qalıb, bəzi magistral və rayondaxili yollar bağlanıb
Digər ölkələr
14 İyun , 2016 23:57
​Rumıniyada leysan yağışları daşqınlarla nəticələnib

Buxarest. 14 iyun. REPORT.AZ/ Son günlər Rumıniyada yağan intensiv yağışlar ölkənin bir sıra rayonlarında daşqınlara səbəb olub. Sel daşqınlarından ən çox ziyan dəyən rayonlar Tulçea, Caraş-Severin, Hunedoara, Bihor və Kluj-Napokkadır.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, sel daşqınları nəticəsində yüzlərlə ev və əkin sahələri su altında qalıb, bəzi magistral və rayondaxili yollar bağlanıb.

Çaylarda suyun səviyyəsinin qalxması onların məcrasından çıxaraq həyətyanı sahələrə dolmasına səbəb olub. Fərdi təsərrüfatlardakı ağaclar, əkin sahələrinə və avtomobillərə ciddi ziyan dəyib. Onlarla ailə hadisə yerindən təxliyə edilib. Hunedoara rayonunu Lunca və Fieziş yaşayış məntəqələri üzrə hərəkət edən avtobusda qalan 28 sərnişin təxliyə olunub. Rumıniya Fövqəladə Hallar Baş Müfəttişliyinin məlumatına görə, pis hava şəraiti nəticəsində baş verən daşqınların aradan qaldırılmasına bütün ölkə üzrə 2000-dən çox yanğınsöndürən cəlb olunub. Xilasetmə işlərinə, həmçinin yaxın rayonlardan polis və könüllülər də qoşulub.

Son xəbərlər

Orphus sistemi