​Rumıniyada klubda baş verən partlayış və yanğın nəticəsində 25 nəfər ölüb

​Rumıniyada klubda baş verən partlayış və yanğın nəticəsində 25 nəfər ölüb Hadisə zamanı ən azı 88 nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
31 Oktyabr , 2015 03:57
​Rumıniyada klubda baş verən partlayış və yanğın nəticəsində 25 nəfər ölüb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində gecə klubunda baş verən partlayış və yanğın nəticəsində 25 nəfər ölüb, ən azı 88 nəfər xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin hakimiyyət orqanlarına istinadən "Reuters" məlumat yayıb.

Rumıniya baş nazirinin müavini Qabriel Oprea hadisə yerində bildirib ki, "hazırda 25 nəfərin öldüyü məlumdur".

Hadisə yerinə yüzlərlə "təcili yardım" və yanğınsöndürən maşın cəlb olunub. Onlar zərərçəkənlərin mümkün qədər tez bir zamanda təxliyə edilməsinə səy göstərir.

Ölkənin daxili işlər nazirinin müavini qeyd edib ki, ölənlərin sayı arta bilər, çünki bu gün klubda keçirilən konsertdə 400 nəfərədək adam iştirak edib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi