Bakı. 22 noyabr. REPORT.AZ/ Oktyabrın 31-də Rumıniyanın paytaxtı Buxarestin "Colectiv" gecə klubunda baş verən yanğın zamanı ölənlərin sayı 60 nəfərə çatıb.
"Report" xəbər verir ki, 19 yaşlı gənc oğlan Avstriyada müalicə aldığı klinikada dünyasını dəyişib.
Hazırda xəstəxanalarda 40 zərərçəkən var. Onlardan 10-nun vəziyyəti ağırdır.
Faciə zamanı klubda 400-ə yaxın adam olub. Hadisənin ilk dəqiqələrində 27 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, yanğına klubda pirotexnikadan istifadə səbəb olub.