Yuxarı

Rumıniyada gecə klubunda ölənlərin sayı 49 nəfərə çatıb

Dərisinin 60 faizi yanan daha bir nəfər ötən gün dünyasını dəyişib

Bakı. 11 noyabr. REPORT.AZ/ Buxarestin “Clubul Colectiv” gecə klubunda oktyabrın 30-undan 31-inə keçən gecə baş verən yanğın nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, dərisinin 60 faizi yanan daha bir nəfər ötən gün dünyasını dəyişib.

Britaniyanın Liverpul şəhər xəstəxanasının həkimlərinin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb

Hadisə zamanı klubda 400 nəfərdən çox adam olub.

Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi