Rumıniyada daşqınlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb

Rumıniyada daşqınlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb Ölkənin şimal-şərqində yerləşən daha 7 rayona leysan yağacağı ilə bağlı xəbərdarlıq edilib
Digər ölkələr
3 İyun , 2016 12:01
Rumıniyada daşqınlar ciddi fəsadlar törədib, 2 nəfər ölüb

Buxarest. 3 iyun. REPORT.AZ/ Rumıniyada leysan yağışları daşqınlara səbəb olub. 

"Report"un Şərqi Avropa müxbiri xəbər verir ki, nəticədə təbii fəlakət ölkənin Vrancea və Bacau rayonundan olan 2 nəfərin həyatına son qoyub. 

Belə ki, iyunun 2-də gecədən başlayaraq ölkənin 6 rayonuna - Hargita, Kovasna, Suçeava, Nyamts, Bakau və Vranceaya güclü yağış yağıb. Yüzlərlə ev, eləcə də əkin sahələri su altında qalıb, mədəni abidələr dağılıb, bəzi magistral və rayondaxili yollar bağlanıb, elektrik enerjisinin verilişi dayandırılıb. Onlarla ailə hadisə yerindən təcili olaraq evakuasiya ediliblər. Xilasetmə işlərinə minə yaxın yanğınsöndürən, polis və könüllülər cəlb olunub. 

Meteoroloqların verdiyi məlumata görə, leysan yağışları hələ bir neçə gün davam edəcək. Rumıniyanın şimal-şərqində yerləşən daha 7 rayona isə güclü yağışların yağacağı ilə bağlı xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi