Rumıniyada anomal istilər nəticəsində ölənlərin sayı 10 nəfəri keçib

Rumıniyada anomal istilər nəticəsində ölənlərin sayı 10 nəfəri keçib Həyatlarını itirənlərin əksəriyyəti əkin sahələrində çalışanlardır
Digər ölkələr
24 İyun , 2016 04:00
Rumıniyada anomal istilər nəticəsində ölənlərin sayı 10 nəfəri keçib

Buxarest, 24 iyun. REPORT.AZ/ Son iki gündə Rumıniyada havaların kəskin istiləşməsi 10-dan çox insanın həyatına son qoyub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, anomal istilər ölkənin şimal-şərqində yerləşən Vasluy, Arceş və İaşi rayonlarında müşahidə olunub.

Burada havanın temperaturu 40 dərəcəyə qədər qalxıb. Vasluy rayon Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, ötən gün anomal istilər nəticəsində 8 nəfər ölüb, 1 nəfər isə koma vəziyyətinə düşüb. İaşi rayonunda 2, Arceş rayonunda isə 1 nəfər günvurmanın qurbanı olub.

Həyatlarını itirənlərin əksəriyyəti havanın isti keçməsinə baxmayaraq əkin sahələrində çalışanlardır. Meteoroloqların verdiyi məlumata görə, həftə sonu Rumıniyanın cənub-qərbində yerləşən daha 11 rayonda havaların kəskin istiləşəcəyi, temperaturun 41 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Artıq həkimlər ölkə sakinlərinə xüsusilə günorta saatlarında mümkün qədər evdən çölə çıxmamağı tövsiyə edirlər. 

Son xəbərlər

Orphus sistemi