Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib

Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib Yeraltı təkanlar paytaxt Buxarestdə güclü hiss olunub
Digər ölkələr
28 Dekabr , 2016 03:55
Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib

Buxarest, 28 dekabr. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə 03.22-də Rumıniyanın paytaxtı Buxarestdən 185 km. şimalda yerləşən Braşov şəhərində 5,6 bal gücündə zəlzələ olub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Fizika Milli Elmi-Araşdırmalar İnstitutu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı yerin 110 km. dərinliyində olub. Yeraltı təkanlar paytaxt Buxarestdə güclü hiss olunub. Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi