Rumıniyada 400 min insan hökumətin istefasını tələb edir - FOTO

Rumıniyada 400 min insan hökumətin istefasını tələb edir - FOTO Hökumət əleyhinə etirazlar ardarda altı gündür ki, davam edir
Digər ölkələr
6 Fevral , 2017 00:52
Rumıniyada 400 min insan hökumətin istefasını tələb edir - FOTO

Buxarest. 6 fevral. REPORT.AZ/ Rumıniyada hökumət əleyhinə etirazların altıncı günü təqribən 400 min nəfər küçələrə çıxıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, mitinq Nazirlər Kabinetinin ölkədə sözügedən kütləvi etirazlara səbəb olan Cinayət Məcəlləsinə düzəlişləri ləğv etməsinə baxmayaraq davam etdirilir.

Mətbuat bir neçə gündür ardıcıl surətdə keçirilən mitinqləri son 25 ildə ən kütləvi etiraz aksiyaları adlandırıb.

Nümayişçilər hökumətə inanmadıqlarını və onun istefasını tələb etdiklərini bildirirlər. İnsanlar qeyd edirlər ki, Nazirlər Kabineti istefaya getməyincə etirazlara ara verməyəcəklər.

Etirazçılar əllərində hökumət və Liviu Draqnyanın başçılıq etdiyi hakim Sosial-Demokrat Partiyasına qarşı şüarların yazıldığı plakatlar tutublar.

Son xəbərlər

Orphus sistemi