Rumıniyada koronavirusa yoluxanların sayı 35 mini ötdü

Rumıniyada koronavirusa yoluxanların sayı 35 mini ötdü Rumıniyada son sutkada daha 777 koronavirusa yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
16 İyul , 2020 15:10
Rumıniyada koronavirusa yoluxanların sayı 35 mini ötdü

Rumıniyada son sutkada daha 777 koronavirusa yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Nazirlər Kabineti yanında koronavirusla bağlı vəziyyət üzrə Strateji Əlaqə Qrupu məlumat yayıb.

Bildirilib ki, COVID-19 xəstələrinin ümumi sayı 35 003-ə çatıb.

Xəbərdə vurğulanıb ki, pandemiya başlayandan 1 971 nəfər infeksiyanın qurbanı olub.

Qeyd olunub ki, təxminən 24,3 min pasiyent virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, Rumıniya hökuməti mayın 15-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimini ləğv etsə də, koronavirusa qarşı hazırlıq rejimi iyulun 17-dək qüvvədə olacaq.

Son xəbərlər

Orphus sistemi