Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub

Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub Bakı. 18 yanvar. REPORT.AZ/ Rumıniya prezidenti Klaus İohannis Avropa Parlamentinin üzvü, iqtidardakı Sosial Demokrat Partiyasından namizəd Viorica Dancilanı ölkənin baş naziri təyin edib.
Digər ölkələr
921
18 Yanvar , 2018 04:13
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub

Bakı. 18 yanvar. REPORT.AZ/ Rumıniya prezidenti Klaus İohannis Avropa Parlamentinin üzvü, iqtidardakı Sosial Demokrat Partiyasından namizəd Viorica Dancilanı ölkənin baş naziri təyin edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı Dancila son 7 ay ərzində ölkənin 3-cü baş naziri olub.

Ölkə prezidenti parlamentdən Dancilanın təyinatını qısa müddət ərzində, fevralın 1-ə qədər təsdiqlənməsini tələb edib. Viorica Dancila Rumıniyanın ilk qadın baş naziridir. 

Qeyd edək ki, Rumıniyanın baş naziri Mixay Tudose vəzifəsindən istefa verib. 

Son xəbərlər

Orphus sistemi