Yuxarı

Rumıniya sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən məcburi eniş edib

Bu, son bir həftədə baş verən ikinci belə analoji hadisədir

Buxarest. 30 sentyabr. REPORT.AZ/ "Rumıniya Hava Yolları" (TAROM) şirkətinə məxsus sərnişin təyyarəsi məcburi eniş edib. 

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Buxarest-Amsterdam marşurutu üzrə hərəkət edən və göyərtəsində 117 sərnişin olan avialayner yaranmış texniki nasazlıq səbəbindən yenidən paytaxtın “Otopeni” hava limanına qayıdıb. 

Hava limanının sözçüsü Valentin İordaken bildirib ki, hazırda təyyarədə yaranan nasazlıq aradan qaldırılır: "Qısa zamanda texniki nasazlıq aradan qaldırılsa, sərnişlər bu təyyarə ilə yola salınacaq. Əks təqdirdə onlar üçün yeni təyyarə ayrılacaq və ya digər xətlərlə yola salınacaqlar. Bu barədə qərarı isə şirkət verəcək”.

Qeyd edək ki, bu, "Otopeni” hava limanında son bir həftədə baş verən ikinci belə analoji hadisədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi