Rumıniya səfirliyinin əməkdaşı Kabildə terror aktı zamanı ölüb

Rumıniya səfirliyinin əməkdaşı Kabildə terror aktı zamanı ölüb Sentyabrın 3-nə keçən gecə Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib. Nəticədə Rumıniya səfirliyinin bir əməkdaşı ölüb, digəri də ağır yaralanıb.
Digər ölkələr
4 Sentyabr , 2019 12:58
Rumıniya səfirliyinin əməkdaşı Kabildə terror aktı zamanı ölüb

Sentyabrın 3-nə keçən gecə Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib. Nəticədə Rumıniya səfirliyinin bir əməkdaşı ölüb, digəri də ağır yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rumıniya səfirliyi məlumat yayıb. 

Bildirilib ki, bir saat davam edən hücum nəticəsində diplomatik korpusun binası yararsız hala düşüb. 

Rumıniya xarici işlər naziri Ramona Manesku həlak olan 43 yaşlı əməkdaşın səfirliyin təhlükəsizlik strukturunda çalışdığını, başqalarını qoruyaraq canından keçdiyini qeyd edib.

Hücumun “Taliban” tərəfindən törədildiyini deyən nazir həmin vaxt səfirlikdə 12 nəfər diplomatın olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Əfqanıstan Daxili İşlər Nazirliyi hücum nəticəsində azı 16 nəfərin öldüyünü, 119 nəfərin də yaralandığını, 5 terrorçunun da məhv edildiyini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi