Bakı. 26 oktyabr. REPORT.AZ/ Rumıniya prezidenti Klaus Yohannis xəstəxanaya yerləşdirilib.
"Report"un məlumatına görə, bu barədə Rumıniya liderinin mətbuat xidməti xəbər verib.
Bildirilir ki, o, çiynindən cərrahi əməliyyatı olunub.
"Rumıniya prezidenti Klaus Yohannis sol çiynindən əməliyyat olumaq üçün Kral Davil adına Mərkəzi Hərbi Universitet Xəstəxanasına göndərilib", - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, əməliyyat uğurla başa çatıb. Yohannis vəzifə səlahiyyətlərini yerinə yetirməyə qadirdir. Onun sağlamlıq durumu müsbət qiymətləndirilir.