Rumıniya paytaxtında mitinqdə 440 nəfər xəsarət alıb - YENİLƏNİB

Rumıniya paytaxtında mitinqdə 440 nəfər xəsarət alıb - YENİLƏNİB Bakı. 11 avqust. REPORT.AZ/ Buxarestdə hökumətə qarşı nümayişlər zamanı 440 nəfər xəsarət alıb.
Digər ölkələr
11 Avqust , 2018 03:21
Rumıniya paytaxtında mitinqdə 440 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı. 11 avqust. REPORT.AZ/ Buxarestdə hökumətə qarşı nümayişlər zamanı 440 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Agerpres məlumat yayıb.

Qeyd olunub ki, 440 nəfərə, o cümlədən 24 jandarma tibbi yardım göstərilib. Onlardan 65-i xəstəxanaya yerləşdirilib.


*** 02:03

Bakı. 11 avqust. REPORT.AZ/ Buxarestdə hökumətə qarşı nümayişlər zamanı 247 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə News.Ro məlumat yayıb.

Məlumatda bildirilir ki, mitinq zamanı 247 aksiya iştirakçıs və doqquz jandarm tibbi yardım göstərilib. Onlardan 16 nəfəri, o cümlədən dörd jandarm xəstəxanaya yerləşdirilib. 

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bildirilir ki, etirazçılar hökumətin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Son xəbərlər

Orphus sistemi