Yuxarı

​Rumıniya hökuməti təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 44 mln avro ayırıb

Əmək Nazirliyi də fəlakətdən əziyyət çəkən ailələrə əlavə yardım göstərəcək

Buxarest. 6 iyul. REPORT.AZ/ Rumıniya hökuməti bu ilin may - iyun aylarında leysan yağışları və sel daşqınlarından əziyyət çəkən rayonlara maliyyə yardımı ayırıb. “Report”un Şərqi Avropa Bürosu xəbər verir ki, hökümətin bu gün keçirilən iclasında daşqınlardan ən çox zərər görən yaşayış məntəqələrinə 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulan ehtiyat fonddan 202 milyon lei (44 milyon avro) vəsaitin ayrılması ilə bağlı qərar qəbul edilib.

Hökumətin sözçüsü Liviu Yolu bildirib ki, bu, köməyə ehtiyacı olan 26 rayona dövlət tərəfindən edilən yardımın ilk mərhələsidir. “Hökümət yerli icra orqanlarının müraciətlərini nəzərə alaraq bundan sonra da təbii fəlakət nəticəsində dəyən ziyanın ödənilməsilə bağlı məsələni diqqətdə saxlayacaq. Bundan başqa, Əmək Nazirliyi də fəlakətdən əziyyət çəkən ailələrə əlavə yardım göstərəcək”, - deyə L.Yolu vurğulayıb.

Qeyd edək ki, təbii fəlakətdən ən çox zərərçəkən 3 rayona - Valceaya 39 mln lei (8,6 mln avro), Suceavaya 30 mln lei (6,6 mln avro) və Hunedoara rayonuna 19 mln lei (4,2 mln avro) ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi