Rumıniya "H-215" tipli helikopterlər istehsal edəcək

Rumıniya "H-215" tipli helikopterlər istehsal edəcək Bu məqsədlə "Airbus" şirkəti ilə danışıqlar aparılıb
Digər ölkələr
26 Oktyabr , 2017 02:47
Rumıniya H-215 tipli helikopterlər istehsal edəcək

Buxarest. 26 oktyabr. REPORT.AZ/ “Rumıniya 2018-ci ildə "Airbus" şirkətindən "H-215" tipli helikopterin hissələrini alaraq Braşov şəhərindəki mərkəzdə onun istehsalına başlayacaq”.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Rumıniyanın müdafiə naziri Mihai Fifor ötən gün ölkəsinin Ordu günü ilə bağlı keçirilən rəsmi mərasimdən sonra bildirib.

Nazir əlavə edib ki, ilkin olaraq Müdafiə və Daxili İşlər nazirlikləri yeni istehsal ediləcək vertolyotlarla təchiz olunacaqlar.

“Bazar ertəsi Rumıniyanın baş naziri və iqtisadiyyat naziri ilə birgə "Airbus" şirkətinin nümayəndələri ilə görüşüb əməkdaşlıq məsələlərini müzakirə etdik. Növbəti ildən etibarən Braşovakı zavodda yeni "H-215" helikopterinin istehsalına başlanacaq”, - deyə M. Fifor bildirib.

Müdafiə naziri onu da vurğulayıb ki, Rumıniya tərəfi sözügedən məsələ ilə bağlı müqavilənin birinci hissəsini bu ilin sonunadək yekunlaşdıracaq.

Son xəbərlər

Orphus sistemi