Ruhani Dəməşqin mövqelərinin gücləndirilməsini təklif edib

Ruhani Dəməşqin mövqelərinin gücləndirilməsini təklif edib Bakı. 6 mart. REPORT.AZ/ Dəməşqin mövqelərinin gücləndirilməsi Suriya böhranının yeganə çıxış yoludur.
Digər ölkələr
6 Mart , 2018 03:23
Ruhani Dəməşqin mövqelərinin gücləndirilməsini təklif edib

Bakı. 6 mart. REPORT.AZ/ Dəməşqin mövqelərinin gücləndirilməsi Suriya böhranının yeganə çıxış yoludur.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Tehranda Fransanın xarici işlər naziri Jan İves Drianla görüşündə deyib.

"Suriya böhranının nizamlanması üçün Dəməşqin mərkəzi hakimiyyətinin gücləndirilməsindən başqa çıxış yolu yoxdur", - deyə prezident administrasiyasının saytı ölkə başçısından sitat gətirib.

O, həmçinin qeyd edib ki, Suriyada terrorçuluğun kökü hələ kəsilməyib və bu, digər ölkələri təhdid edir.

Suriyada hərbi münaqişə 2011-ci ilin martından davam edir. BMT-nin məlumatına görə, bu müddət ərzində 220 mindən çox insan həlak olub.

Son xəbərlər

Orphus sistemi