Ruandada ildırım vurması nəticəsində 16 nəfər ölüb, 140-ı yaralanıb

Ruandada ildırım vurması nəticəsində 16 nəfər ölüb, 140-ı yaralanıb Hadisə insanlar kilsədə olan zaman baş verib
Digər ölkələr
11 Mart , 2018 23:58
Ruandada ildırım vurması nəticəsində 16 nəfər ölüb, 140-ı yaralanıb

Bakı. 11 mart. REPORT.AZ/ Ruandada kilsəyə ildırım düşməsi nəticəsində azı 16 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən "Mena FN" nəşri yazıb.

Faciə ölkənin cənubunda yerləşən Nyarüquru yaşayış məntəqəsində qeydə alınıb. On altı nəfərdən əksəriyyəti hadisə yerində keçinib, daha 140 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, həmin rayonda daha bir nəfər ildırım vurması nəticəsində ölüb.

Son xəbərlər

Orphus sistemi