Yuxarı
    Bağlamaq

    Rövşən Hüseynli: "Ustalıq səviyyələri daha yüksək idi"

    Futzal üzrə Azərbaycan millisinin qapıcısı İtaliya ilə qarşılaşmanın yekunlarını şərh edib

    Bakı. 4 fevral. REPORT.AZ/ "İtaliya yığması həqiqətən də çətin rəqib idi. Müdafiədə çox yaxşı oynadılar. Biz də döyüşdük". "Report" xəbər verir ki, bu fikri futzal üzrə Azərbaycan milli komandasının qapıcısı Rövşən Hüseynli Avropa çempionatının final mərhələsində keçirilən İtaliya-Azərbaycan qarşılaşmanın yekunlarını şərh edərkən səsləndirib.

    Onun sözlərinə görə, Azərbaycan komandasının oyun praktikasının az olması öz sözünü deyib. "Ustalıq səviyyələri daha yüksək idi. Unudmayaq ki, İtaliya həm də sonuncu Avropa çempionudur", - deyə R.Hüseynli qeyd edib.

    O, bildirib ki, Azərbaycan komandasının bütün üzvləri çalışacaq ki, Çexiya yığması ilə qarşılaşmada qalib gəlsin. "Çalışmalıyıq ki xal qazanıb qruptan çıxaq. Mən buna inanıram", - deyə qapıcı vurğulayıb.

    Qeyd edək ki, Serbiyanın paytaxtındakı “Belqrad Arena”da keçirilən maçda millimiz İtaliyaya 3-0 hesabı ilə məğlub olub. Oyunda iki dəfə Aleks Merlim, bir dəfə isə Daniel Giasson fərqlənib.

    Maçı Marc Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna) və Kamil Çetindən (Türkiyə) ibarət hakimlər briqadası idarə edib.

    Komandamız ikinci oyununu fevralın 5-də Çexiya yığmasına qarşı keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi