Rostov-Donda baş vermiş yanğın zamanı 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Rostov-Donda baş vermiş yanğın zamanı 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB Bina tamamilə yanıb
Digər ölkələr
21 Sentyabr , 2017 17:44
Rostov-Donda baş vermiş yanğın zamanı 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiyanın Rostov-Don şəhərinin mərkəzində yerləşən hoteldə baş vermiş yanğın zamanı ölən daha bir nəfərin meyiti aşkar edilib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bina tamamilə yanıb. Dam örtüyü, demək olar ki, bütünlüklə məhv olub.

***17:06

Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiyanın Rostov-Don şəhərinin mərkəzində yerləşən hoteldə baş vermiş yanğın zamanı bir nəfər ölüb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov Vilayəti üzrə Baş İdarəsinin nümayəndəsi bildirib.

Ölən şəxsin hotelin inzibatçısı olduğu ehtimal edilir.

İdarədən həmçinin yanğının söndürüldüyü deyilib. 

Alov 840 kvadratmetr sahəni əhatə edib. Hoteldən, qonşuluqdakı binalardan, həmçinin yaxınlıqda yerləşən uşaq bağçasından 61-i uşaq olmaqla 400-dən çox insan təxliyyə edilib. 

Son xəbərlər

Orphus sistemi