Ronal Reyqana atəş açan şəxs azadlığa buraxıla bilər

Ronal Reyqana atəş açan şəxs azadlığa buraxıla bilər 1981-ci ildə baş verən hadisə nəticəsində prezident və daha üç nəfər yaralanmışdı
Digər ölkələr
20 Aprel , 2015 02:02
Ronal Reyqana atəş açan şəxs azadlığa buraxıla bilər

Bakı. 20 aprel. REPORT.AZ/ Ronald Reyqana atəş açan Con Hinkli 34 il ruhi xəstəxanada saxlandıqdan sonra ona anasının yanında yaşamağa icazə verilə bilər.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə SkyNews məlumat yayıb. 

Con Hinkli ABŞ Prezidenti olmuş Ronald Reyqana sui-qəsd etdikdə onun 25 yaşı var idi. 1981-ci ildə baş verən hadisə nəticəsində prezident və daha üç nəfər yaralanmışdı.

Həmin vaxt məhkəmə onun ruhi xəstə olduğunu əsas gətirərək günahsız bilmiş və ruhi xəstəxanada müalicəyə məhkum etmişdi. 59 yaşlı Con Hinklinin azad edilməsi ilə bağlı məhkəmə dinləmələri aprelin 22-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi