Bakı. 22 fevral. REPORT.AZ/ Romada taksi sürücülərinin altıgünlük etiraz aksiyasının ardınca çərşənbə günü metro işçiləri, avtobus və tramvay sürücüləri tətilə başlayıblar.
"Report" xəbər verir ki, ictimai nəqliyyatın dördsaatlıq tətili Roma metrosunun üç qolundan birinin bağlanmasına səbəb olub.
Romada bütün ictimai nəqliyyata cavabdeh olan ATAC dövlət şirkətinin əməkdaşları ağır əmək şəraiti, yüksək iş həcmi və aqressiv əhval-ruhiyyəli vətəndaşlar tərəfindən hücum hallarına qarşı etiraz ediblər.
Fevralın 24-də "Cotral" şəhərlərarası avtobuslar şəbəkəsinin tətili planlaşdırılır.