Romada məktəblər zəlzələdən sonra bağlanıb

Romada məktəblər zəlzələdən sonra bağlanıb Bundan əvvəl paytaxt metropoliteni də bağlanmışdı
Digər ölkələr
30 Oktyabr , 2016 20:42
Romada məktəblər zəlzələdən sonra bağlanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Roma şəhərinin meri Virciniya Raci İtaliyanın mərkəzi hissəsində baş verən zəlzələdən sonra bazar ertəsi paytaxt məktəblərinin bağlı olacağını elan edib.

"Report" xəbər verir ki, şəhər rəhbəri bu barədə öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Roma administrasiyası bazar günü bütün məktəbləri bağlamaq niyyətindədir. Bu, bütün tədris müəssisələri binalarında zəlzələdən sonra hərtərəfli texniki yoxlamaların aparılması ilə əlaqədardır", - deyə Raci yazıb.

Zəlzələ nəticəsində paytaxtda yerləşən bəzi tikililər, o cümlədən tarixi binalar ziyan çəkib. Yerli hakimiyyət müvəqqəti olaraq metropoliteni bağlayıb. Lakin sonradan qatarların hərəkəti bərpa edilib.

Bu gün Bakı vaxtı ilə 10:40-da İtaliyanın mərkəzi hissəsində 6,5 bal gücündə zəlzələ baş verib.

Son xəbərlər

Orphus sistemi