Romada etiraz aksiyası zamanı 122 nəfər saxlanılıb

Romada etiraz aksiyası zamanı 122 nəfər saxlanılıb İtaliyanın paytaxtında altı böyük nümayiş keçirilir
Digər ölkələr
25 Mart , 2017 21:56
Romada etiraz aksiyası zamanı 122 nəfər saxlanılıb

Bakı. 25 mart. REPORT.AZ/ Şənbə günü İtaliyanın paytaxtı Romada keçirilən etiraz aksiyalarından birinin 122 iştirakçısı şəxsiyyətləri müəyyən edilməsi üçün saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Rainews24” telekanalı məlumat yayıb.

Böyük Britaniyanın çıxmasından sonra Avropa İttifaqında (Aİ) qalacaq 27 ölkənin lideri qurumun nailiyyətləri, çağırışları və prioritetləri barədə bəyannamə imzalayıblar. Bəyannamə Aİ-nin əsasını qoyan Roma müqavilələrinin (1957) 60 illiyinə həsr olunmuş Roma sammitinin əsas yekunu olub.

Sammit günü Romada Aİ-nin həm əleyhinə, həm də lehinə altı böyük nümayiş keçirilir. Nümayişlərdə 25 minə qədər insan iştirak edir.

Hazırda bütün nümayişlər dinc xarakter daşıyır, iğtişaşlar barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi