Roma şəhərində içməli su böhranı yaşana bilər

Roma şəhərində içməli su böhranı yaşana bilər Hökumət Braççano gölündən su götürməyi müvəqqəti olaraq qadağan edib
Digər ölkələr
22 İyul , 2017 22:16
Roma şəhərində içməli su böhranı yaşana bilər

Bakı. 22 iyul. REPORT.AZ/ Roma şəhərində içməli su ilə bağlı vəziyyət kəskin şəkildə pisləşib.

"Report"un məlumatına görə, quraqlıq səbəbindən yerli hökumət Braççano gölündən su götürməyi müvəqqəti olaraq qadağan edib. Bununla əlaqədar 1.5 milyon insan içməli sudan məhrum oluna bilər.

Hökumətin qeyd olunan qərarı iyulun 28-dən qüvvəyə minəcək.

Xatırladaq ki, bu yayın əvvəlindən bəri Appenin yarımadasında güclü quraqlıq müşahidə olunur. Bu iyul ayı isə son 200 ilin ən isti ayı olub. 

Son xəbərlər

Orphus sistemi