Roma Papası və patriarx Kirill Kubada görüşəcək

Roma Papası və patriarx Kirill Kubada görüşəcək Birgə bəyanatda bunun "tarixi görüş" olacağı deyilir
Digər ölkələr
5 Fevral , 2016 16:20
Roma Papası və patriarx Kirill Kubada görüşəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Roma Papası Fransisk və Moskva və bütün Rusiyanın patriarxı Kirill fevralın 12-də Kubada görüşəcək.

"Report"un məlumatına görə, bu barədə Vatikan və Moskva patriarxlığının hazırladığı birgə bəyanatda deyilir.

Görüş Kubada, aeroportda baş tutacaq. Belə ki, Papa Meksikaya getməzdən əvvəl patriarxla görüşəcək.

Birgə bəyanatda bunun "tarixi görüş" olacağı deyilir. Belə ki, bu, Roma Papası Fransisk və Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında keçiriləcək ilk görüş olacaq.

Son xəbərlər

Orphus sistemi