Roma Papası Ukraynadan olan xəstə uşaqları ziyarət edib

Roma Papası Ukraynadan olan xəstə uşaqları ziyarət edib Roma Papası Fransisk son həftələrdə Ukraynadan gələn xəstə uşaqların yerləşdirildiyi və Vatikanın idarə etdiyi uşaq pediatriya xəstəxanasına baş çəkib.
Digər ölkələr
20 Mart , 2022 06:45
Roma Papası Ukraynadan olan xəstə uşaqları ziyarət edib

Roma Papası Fransisk son həftələrdə Ukraynadan gələn xəstə uşaqların yerləşdirildiyi və Vatikanın idarə etdiyi uşaq pediatriya xəstəxanasına baş çəkib.

“Report” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə onkoloji, nevroloji və digər xəstəlikləri olan 50 uşaq təcili müalicə üçün Romaya aparılıb.

“Roma Papası Fransisk son günlər Ukraynadan gələn uşaqların qaldığı Bambino Jesu (Məsih Uşaq) uşaq xəstəxanasına baş çəkib”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi