Roma papası Qahirə islam universitetində çıxış edəcək

Roma papası Qahirə islam universitetində çıxış edəcək Misirə səfər aprelin sonlarına təsadüf edəcək
Digər ölkələr
4 Aprel , 2017 04:36
Roma papası Qahirə islam universitetində çıxış edəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Roma papası Fransisk aprelin 28-də Misirin paytaxtı Qahirənin "Əl-Əzhar" Universitetində dünya problemləri üzrə beynəlxalq konfransın iştirakçıları qarşısında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Universiteti ziyarət etmək və onun dini lideri Məhəmməd əl-Tayyib ilə görüşmək bazar ertəsi elan olunan Misirə səfər proqramının (28-29 aprel) əsas hadisəsidir. Səfər 37 saat davam edəcək.

Son xəbərlər

Orphus sistemi