Bakı. 28 iyul. REPORT.AZ/ Roma papası Fransisk Polşada messa zamanı huşunu itirib.
Bu barədə "Report" "Associated Press" agentliyinə istinadən xəbər verir.
Videoyazıda Fransiskin gözlənilmədən huşunu itirərək yerə yıxıldığı görünür. Onun köməyinə yaxınlıqdakı din xadimləri gəliblər.
Pontifik bundan sonra dindarlar qarşısında çıxış edib.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
Xatırladaq ki, Roma Papası Fransisk Polşaya iyulun 26-31-də Krakovda keçirilən "Ümumdünya gənclər günləri" katolik konqresi çərçivəsində gəlib.