Yuxarı
    Bağlamaq

    Roma papası “Instagram”da qeydiyyatdan keçib

    3 saat ərzində onun akkauntuna 422 mindən çox şəxs abunə olub

    Bakı. 20 mart. REPORT.AZ/ Roma papası Fransisk “Instagram”da özünə akkaunt açıb və orada ilk şəkilini paylaşıb.

    “Report” xəbər verir ki, bu barədə Roma katolik kilsəsinin baş keşişi öz rəsmi “twitter” səhifəsində məlumat verib.

    “Mən Allahın mərhəmət və şəfqət yolunu sizinlə bir getmək üçün “Instagram”da yeni səyahətə başlayıram”, — deyə Fransisk bildirib.

    Papa paylaşdığı şəkilin şərhində 9 dildə “mənim üçün dua edin” sözlərini yazıb.

    Yeni akkaunta üç saat ərzində 422 mindən çox şəxs abuna yazılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi