Roma papası gələn il BƏƏ-yə səfər edəcək

Roma papası gələn il BƏƏ-yə səfər edəcək Bakı. 6 dekabr. REPORT.AZ/ Roma Papası Fransisk 2019-cu ilin fevral ayında Əbu-Dabi Əmirliyinin vəliəhdi şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Digər ölkələr
6 Dekabr , 2018 17:01
Roma papası gələn il BƏƏ-yə səfər edəcək
BBC
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ Roma Papası Fransisk 2019-cu ilin fevral ayında Əbu-Dabi Əmirliyinin vəliəhdi şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidmətinin rəhbəri Qreq Berk məlumat verib.

O, katolik kilsəsinin ruhani başçısının “Bəşəri qardaşlıq” mövzusunda fevralın 3-5-də keçiriləcək beynəlxalq dinlərarası görüşdə iştirak edəcəyini diqqətə çatdırıb.

Bu səfərin həmçinin BƏƏ-də yaşayan katoliklərin dəvətinə cavab olaraq həyata keçiriləcəyi də qeyd edilib.

Son xəbərlər

Orphus sistemi