Yuxarı

​Roma Papası Dalay-Lama ilə görüşməkdən imtina edib

Tibetlilərin mühacir lideri: Bu, fəsadlar törədə bilər

Bakı. 12 dekabr. REPORT.AZ/ Yaxın günlərdə XIV Ümumdünya Nobel mükafatı laureatlarının Romada keçirləcək toplantısında Vatikanın dövlət başçısı Papa I Fransisk tibetlilərin lideri Dalay-Lama ilə görüşməməyi qərara alıb.

"Report" "newsru.com"a istinadən xəbər verir ki, müşahidəçilər bunu Vatikanın Çinlə münasibətləri yaxşılaşdırmaq və bununla da həmin ölkədəki katoliklər üçün yaranacaq problemlərdən qaçmağa çalışması kimi izah ediblər. Çünki Çində 12 milyona yaxın praktik katolik yaşayır.

Vatikandan isə bildiriblər ki, Roma Papası nə Dalay-Lama, nə də Nobel mükafatının başqa laureatları ilə görüşəcək: "Onun bu mərasimdə iştirakı videomüraciətlə məhdudlaşacaq".

"Bu dəfə Roma Papası I Fransisklə görüşməyəcəyəm. Vatikan görüşün keçirilməsini mümkünsüz hesab edir. Çünki bu, fəsadlar törədə bilər", - Dalay-Lama Romada hava limamında jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Dalay-Lama 1989-cu ildə Nobel mükafatına layiq görülüb.

Tibet XIII əsrdə Çinin tərkibinə daxil edilib. 1949-cu ildə Çin Xalq Respublikası yaradıldıqdan sonra Tibet muxtar bölgə kimi hüquqi əsaslarla bu dövlətə daxil edilib. Çin hakimiyyətinə qarşı silahlı mübarizə məğlubiyyətə uğradıqdan sonra Dalay-Lama XIV Tenzin Qyatco isə 1959-cu ildə Tibetdən qaçıb. O, tərəfdarları ilə birlikdə Hindistanın Carmsal şəhərində yaşayır. Orada "Tibetin mühacir hökuməti" fəaliyyət göstərir. 2011-ci ildə Dalay-Lama bu hökumətin başçılığından getdiyini bəyan etsə də, rəsmi Pekin onu hələ də "separatçı" sayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi