Roma Papası daha üç ölkəyə səfər edə bilər

Roma Papası daha üç ölkəyə səfər edə bilər Roma Papası Fransisk yaxın zamanda Macarıstan, Slovakiya və Livana səfər edə bilər
Digər ölkələr
104
8 Mart , 2021 23:17
Roma Papası daha üç ölkəyə səfər edə bilər

İraqdan səfərdən qayıdan Roma Papası Fransisk yaxın zamanda Macarıstan, Slovakiya və Livana səfər edə bilər.

“Report” xəbər verir ki, bu barədə pontifik jurnalistlərə açıqlamasında deyib.

Roma Papası səfər barədə qərar verərkən məsləhət aldığını bildirib:

“Bir çox dəvətlər var. Nəticədə qərar daxilimdən gəlir, dua edirəm və çox düşünürəm. Qərar həmişə dərin düşüncənin və duanın nəticəsidir”.

Fransisk bütün problemləri nəzərə alaraq, bütün riskləri anlayaraq İraq səfəri haqqında çox uzun müddət düşündüyünü söyləyib.

Son xəbərlər

Orphus sistemi