​Roma papası BMT sammitinin açılışında çıxış edib

​Roma papası BMT sammitinin açılışında çıxış edib Fransisk dünyanın aparıcı ölkələrini tənqid atəşinə tutub
Digər ölkələr
26 Sentyabr , 2015 03:53
​Roma papası BMT sammitinin açılışında çıxış edib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 25-də Roma papası Fransisk BMT Baş Assambleyasına müraciət ilə çıxış edərək, hamını sülhə və ətraf mühitə qarşı ədalətli olmağa çağırıb.

"Report" xəbər verir ki, Roma papasının tarixdə ilk dəfə ABŞ Konqresinə müraciətinin ertəsi günü, Fransisk qətiyyətli nitq ilə BMT-yə müraciət edib.

Nitqdə sülhə çağırışla yanaşı hakimiyyətlərin sonsuz xudbinliyi və istəyi və maddi rifah səbəbindən təbii sərvətlərin hədsiz dərəcədə istismar edilməsinə qarşı ittihamlar səsləndirilib.

Fransisk Baş Assambleya qarşısında öz ilk nitqi ilə çıxışında BMT-nin yoxsulluq və ətraf mühitin dəyişdirilməsinə qarşı mübarizədə dünya ictimaiyyətini öz ətrafında birləşdirmə səylərini alqışlayıb. O, həmçinin aparıcı dünya dövlətlərini tənqid atəşinə tutaraq bildirib ki, onlar üçün Orta Şərqdə siyasi məqsədlər insanların əziyyət çəkməsindən daha vacibdir.

Son xəbərlər

Orphus sistemi